Biz bilirik ?!

Şirkət sahibləri ilə görüşlərimiz zamanı, tez-tez “Mən” kəlməsinə rast gəlirik. Təsəvvür edin ki,şirkət böyrü üstə qalıb, batır gedir,bunların “Mən”eqosu bitmir ki, bitmir. Çox nadir hallarda, “Biz” bunu etdik deyə səslər gəlir.

Hər zaman bir düşüncəm olub.Bir şirkətin başındakı adam kimdirsə,necədirsə,onun şirkəti də o vəziyyətdədir.

Outsours və ya konsaltinq işlərimiz başlamadan öncə, mütləq surətdə araşdırma tələb olunur. Bir həkimin xəstəyə diaqnoz təyin etməsi üçün mütləq sürətdə bəzi test nümunələrinə ehtiyac vardır. Yəni tələb olunan təhlillərdən keçməlidir. Bizim işimizdə də araşdırma bu yöndən vacibdir. Daha sonra yazılan strateji plan isə reseptdir. Diaqnoz səhv qoyularsa,yalnış resept xəstəni məhv edəcək. Eyni ilə həkim-xəstə münasibətlərini düşünün.Ancaq iş buradan başlayanda,sahibkarların 70%-ın bir sözü var ki, “Mən bazarı yaxşı bilirəm,nə sualın varsa denən deyim”. Birinci sual elə o ola bilər ki,bazarı yaxşı bilə-bilə niyə bu gündəsən? Bazar payı 30%-dən ,1%-dən aşağı düşən şirkət rəhbəri mənə “uğur”larından danışır.Rəqiblərinin qiymət siyasətini belə bilməyən sahibkar,mənə “bazar”dan danışır. Öz işçilərini yalançılığa, xəbərçiliyə, ikiüzlülüyə öyrədən və bundan həzz alan “patron” mənə idarəetmədən danışır.

Yahu, şirkətiniz gözünüzün önündə əlinizdən gedir.Biz bitdi demədən bitməzmi deyirsiniz?  Siz nəyi bilirsiniz ? Sizin bildiyiniz bir şey olub ki, əvvəllər üstünüzdəkilərə güvənibsiniz, sonra sular durulduğunda o üstünüzdəki adam sizə deyir ki, gedin rəqabət aparın, artıq o dövr deyil. Bax burda sizin “patron”luğunuz ortaya çıxır. Ortaya çıxır ki,siz heç “patron” tumları qədər də deyilsiniz. Ancaq onda anlayırsınız ki,marketinqi və düzgün idarəetməni qurmaq lazım imiş. Bu lazım da gələndə, ona öz eqonuzu və “ağlınızı”göstərirsiniz.İnan çox gülünc vəziyyətə düşürsünüz.

Yaxşı bəz siz nəyi bilirsiniz? Siz öz işçilərinizə qul kimi baxmağı yaxşı bilirsiniz,siz yeri gəldi-gəlmədi özünüzlə elə eyni ağılda olan işçilərinizin səbəbsiz yerə maaşlarını kəsməyi bilirsiniz,bazarda 15-20 il onun-bunun maşası olub, ofisdə özünüzü “patron” hesab edib stolunuza gələn adi bir məktubun hansı hissəsinə münasibət bildirməyinizi başqalarından soruşmağı bilirsiniz, siz bundan artıq deyilsiniz, biz də bunu bilirik.15% içinizdə yeni düşüncəli,sabahı görə bilən sahibkarlar mənə bəs edər. Bizə bəs edər. Yetər ki,ç əkilin, tarixin arxivinə qovuşun.

 

Ego

Bir şərh yazın