Xidmətdən niyə yoxsuluq ?

Bütün oxucuları salamlayıram..

Yay ayları olduğu üçün ən çox çimərlik zonalarında olan  “istirahət ” mərkəzləri haqqında danışacam.

Xəzər dənizi sahilində olan demək olar ki,bütün “istirahət” mərkəzlərində oldum.Bu mərkəzlərin heç birində,heç olmasa 70% razı qaldığım bir məkana hələ ki,rast gələ bilmədim.

Ümumilikdə giriş üçün qiymətlər  5-40 manat arasında dəyişir. Göstərilən məbləğlər bir nəfər üçün nəzərdə tutulmuşdur.Bura , gündən qorunmaq üçün çətir,stol stul,məhraba,hovuz və istirahət üçün digər vasitələr daxil olur.Təxminən 3 nəfər ilə bir yerdə getsək orta hesabla 60 m yalnız giriş üçün ödəməli oluruq.Bundan əlavə istirahət mərkəzlərinin ümumi restoran,otel və digər qiymətləri  aylıq gəliri 600-700 manat arasında dəyişən insanlar üçün ümumiyyətlə əlverişli deyil.Təxminən bir gün (5-6) saat çimərlik istirahət mərkəzində bir nəfər orta hesabla 40-45 manat xərcləməlidir.Təxminən 4 nəfərlik ailəvi istirahət 160-180 m başa gəlir. Bəs bunun müqabilində hansı xidmətlə qarşılaşırıq ?

  • Giriş üçün ilkin ödənişdən sonra,çimərlik ərazisinə daxil oluruq və bizə yer olmadığı üçün gözləməli olduğumuzu qeyd edirlər ;
  • Çimərlik personal gələn qonaqlarla olduqca kobud və nəzakətsiz davranır,eyni zamanda gördükləri işdən belə tam məlumatlı deyillər ;
  • Giriş sonrası yer olduqda belə,onu tapıb təqdim etmək minimum 10 dəqiqə vaxt ala bilir ;
  • Bəzi istirahət mərkəzlərində,çimərlik personalının xidməti geyimi çirkli,özləri baxımsız,eyni zamanda adi etiket qaydalarından kənar danışıq və hərəkətləri “göz oxşayır”
  • Restoran və kafelərdə ümumi şəhərdə olan normal qiymətlərdən 30-40% qiymət artımı müşahidə olunur ;
  • Bəzi çimərlik mərkəzlərində hovuz ətrafında uzun müddət gözləməli oluruq.Bəzi hallarda yer olmur.Ancaq biz bunun üçün əvvəldən ödəniş etmişik;
  • Daha çox problemlər,ucuz deyil,tam əksinə daha elit və bahalı saydığımız məkanlarda yaşanır ;

Yuxarıda deyilən faktorlar əsas mənfi faktorlardır.Bunun müqabilində məhz bu mənfi faktorlardan törəyən sonrdan ciddi mübahisələrlə həll edilən və edilməyən köməkçi mənfi nüanslar da vardır.

Bəs niyə məhz xidmətdən yoxsuluq? Bunun fonunda hər zaman dərdli yerimiz olan və hələ də olmaqda qalan,idarəetmə problemləri dayanır.Bir neçə on milyonlarla investisiya yatırılmış və düzgün idarəedicisi olmayan sistemlər məhz bundan artıq fəaliyyət göstərə bilməzlər.Düzgün marketing stratgeiyası,personal üçün təlim bazası,idarəetmə mexanizmi ən aşağı səviyyədə olan bu obeyktlər,bəli məhz istirahət mərkəzləri deyil,obyektlər anlaya bilmirlər ki,tarixin qara səhifələrinə getmək bugün çox asan bir işdir.Bunun üçün müştəriyə “yuxarılara” müraciət etməyə ehtiyac yoxdur. Sosial şəbəkələrdə dostluğunda cəmi 500-1000 nəfər olan birinin “ürək sözlərini” yazmağı,hələ-hələ smm komandanızın, həmin müştərini sosial şəbəkələrdə son ana qədər mübahisə aparıb haqsız çixarmaq istəyi, sizin “səviyyənizin” son baharından xəbər verir.

Məhz bunun üçün hələ iki ay sonrası üçün,qiymətlərin qalxdığını nəzərə alsaq belə,Antalya,Bodrum,Kəmər,Alanya və.s bu kimi istirahət mərkəzlərinə,sözün əsl mənasında “Bounty” yemədən belə bizlərə “Cənnət həzzini” yaşadan,əsl xidmətlə göz oxşayan yerlərə indidən bilet və yer tapılmır.

Mən çox yaxşı xatırlayıram.Antalyada 5* otellərin birindən geri dönürdüm.Çıxışda otel rəhbərliyini rica etdim.Mən gözləyirdim indi liftdən düşəcəklər.O,isə mətbəxdən çıxdı və gəldi.Özünü gülərüzlə təqdim etdi.Mən də özümü təqdim elədim.Ona söylədim ki,sizə onun üçün bura qədər zəhmət verdim ki, “Sizə ödədiyim ödəniş halal xoşunuz olsun”deyim.Üstəgəl onların “İstiqlal marşı”nı əzbərdən söylədim.Bu an siz onun gözlərində yaşı və gördüyü işdən aldığı ləzzəti görərdiniz.Sanki ona dünyaları verdim.

İndi siz düşünün,əziz investorlar,sahibkarlar,iş adamları. Sizə müştəriniz ən son nə zaman “Ödədiyim pul,halal xoşunuz olsun deyib ? ”

Biznes etikamız harada qaldı ??

ladportraitBütün marketinq sevərləri və oxucularımı salamlayıram.Uzun zamandır niyə bizdə biznes dəyəri,etikası,yoxdur deyə düşünürəm.Əslində cavab tapa bilmədim.Düşünün ki,otel işi ilə məşğul olan bir kəs,sabah ayaqqabı fabrikası açar,metallurgiya ilə məşğul ola bir kəs,süd fabrikası açar və.s Məsələnin bu yönündə bir problem yoxdur.Amma bu işi nə qədər doğru,düzgün ərsəyə gətirər,onu ortaya çıxardar,işin əsas məqamı məhz budur.Eyni zamanda bu sahədə çalışan,bu işi doğru düzgün edən insanların bazarına daxil olar,istehlakçı zehnini yanlış yerə çəkər,sonunda bazarda bu işi düzgün edən insanların məsuliyyətini və əziyyətini belə şübhə altında saxlayar.Halbuki öz sahəsində daha da irəli gedə bilər,bildiyi bir işi mükəmməl görər və daha böyük uğurlar qazana bilər.

Bu məsələ ilə bağlı,sizinlə ən sevdiyim bir hekayəni bölüşəcəm.Orijinallığını saxlayaraq türk dilində bölüşürəm…

 

“Asıl işi yumurta ticareti olan bir tüccar, petrol işine girmeye karar vermişti. Galiba bir milletvekilinin tavassutuyla İstanbul‘un dört yerinde petrol istasyonu kurmak istiyordu. Yaptığı fizibiliteye göre iş % 400 kârlı gözüküyordu. Sanıyorum 500 bin dolar kadar bir ek sermayeye ihtiyacı vardı ve Sabri Ülker’in bu işe ortak olmasını istiyordu.

Ben iyi bir iş yakalamış olma heyecanıyla dosyayı hemen Sabri Bey’e götürdüm. şöyle beş dakika kadar inceledikten sonra, ‘Biz bu işi yapamayız’ dedi. Neden efendim? ‘Çünkü bu iş çok kârlı.‘ Bir tuhaf olmuştum. Bu işi yapamayız çünkü çok kârlı! Sabri Bey’in ciddiyetini bilmesem benimle dalga geçiyor derdim. ‘Kârlı iş iyi değil mi’ diye mırıldandım. ‘Kârlı iş herkese yaramaz oğlum. Biz % 5, % 10 kâra alışmış insanlarız. Yüksek kâr bizi bozar!’ dedi.

Donakalmıştım. Yüzümün hangi renge girdiğini tahmin edemem. Benim bu kadar tuhaflaşmış olmama şaşıran Sabri Bey devam etti: ‘Sen petrol işinden anlıyor musun Mustafa? Hiç bu işi yaptın mı?’ Hayır efendim. ‘Eee, ben de anlamıyorum. İş kötü giderse, paramız batar. İyi giderse, bizden bilmezler. Petrol kokusu iyi koku değildir. Sen bize, bizim işimizle irtibatlı dosyalar getir. Süt koksun, buğday koksun, kakao koksun!’

Pegasus : “Ən ucuz,bizik”

Əslində marketinq çox rəngarəngdir.Ən yaxşıları düşündüyümüz halda,ən pisi ortaya qoya bilərik.Və ya tərsinə.

Hava şirkətlərini hər zaman izləyirəm.Təbii ki,ölkəmizdə də yəqin ki,”ən” çox izlənən Türk hava yollarıdır.Gəl ki,bu adın Azal olmasını könüldən istərdim.Amma,təəssüf ki, AZAL-da hələ ki,marketinq gedişlərini görmək çətindir.

Keçək əsas məsələyə. Pegasus  daima “ən ucuz,bizik” deyir.Desin deməyinə,amma ucuzluq bir strateji deyil ki,bu bir seçimdir.Eyni zamanda təhlükəli seçimdir.Misal olaraq,Pegasus-lu marketinq mütəxəssisləri nə düşünür bilmirəm,amma mən şəxsən ildə iki-üç dəfə digər şirkətlərin daha ucuz qiymət təklif edərsə nə olacaq,deyə düşünürəm? Ümumiyyətlə, “ən” kəlməsi,biraz nisbi bir kəlmədir. “Ən yaxşı mənəm”, “Ən bahalı maşındır”, “Ən yaxşı tələbədir” və.s.Pegasus_Airlines_logo

Pegasusla bağlı bir sıra müştəri rəylərini oxudum. Əksər rəylər bu formada yazılırdı ki, “uçuş saatından daha gec havaya qalxır,avtomatik olaraq çatma vaxtı da gecikir “, “təyyarə daxilində personal davranışlarından çox narazılıqlar var” ,xüsusi ilə Türkiyə daxilində sərnişin daşımalarında olmaz problemlər yaşanır, “bilet qiymətləri xüsusi ilə qabardılır “ki,misal üçün bir neçə fərqli qiymət tətbiq edilir ki,sonda “ən ucuz” olmur.

Əslində Markalar bəzi mesajlar verərkən,o mesajların bir mənalı şəkildə arxasında durmalıdır.Bu da bir xidmət sektorudur.Sən ucuz deyirsən,ucuz olmursan,xidmət etmirsən,qiymətlərini tənzimləyə bilmirsən.Razıyam son illərdə bir dəyər qazandınız,amma hər markanın bir dəyərli vaxtı olur,ancaq markanı hər dəfə gündəmdə tutmaq,bu heç asan iş deyil.pegasus-airlines

İllərdir “ucuz” kəlməsini işlətmək qeyd etdiyim kimi,bir strateji xətt deyil.Çünki,çox asan bir firmanın bu kəlməni bir anda məhv etməsi inanılmaz asan və mümkün işdir.Eyni zamanda psixoloji cəhətdən,”ucuz” anlayışı insanlarda keyfiyyət,sağlamlıq,etibarlılıq anlayışları ilə tərs mütənasibdir.Hələ-hələ insan həyatını daşıyan,bir hava şirkətinin mən daha “ucuz” edirəm deməsi mənə görə yanlışdır.Əslində isə etməli olduğumuz : Etibarlı olduğumuzu qeyd etməliydik,yəni sərnişin hava daşımacılığı sektorunda bəlkə xidmətdən öncə,təhlükəsizlik dayanır.Qiymətlərimizin ucuz olduğunu rəqibləri qıcıqlandıracaq qədər deyil,daha mükəmməl yollarla önə çıxarmağımız lazım idi.Yəni müştərinin özünə dolayı yolla seçim vermək,ona bizim daha ucuz avişirkət olduğumuzu müqayisəli üsullarla təqdim etmək daha məqsədə uyğun olardı.

Əslində heç də,iki gün öncə yaşanan Pegasus qəzasından danışmaq istəmirdim.Amma Pegasusla bu yaşanan ilk qəza deyil.Nə də yəqin ki son qəza deyil.Bu hər şirkətin başına gələ bilər.Amma verilən mesajlarla tez-tez yaşanan qəzalar,qiymət problemləri,xidmət problemləri tərs mütənasiblik təşkil edir.images

Bunun üçün də,hesab edirəm ki,marka idarəçiliyində Pegasuslu idarəçilər səhvlərə yol verirlər.Çox yaxın zamanda “ən ucuz bizik” sloganının bədəlini ağır ödəyə bilərlər.

 

 

#MS2017

#MS2017

Bu həyatda nələrəsə imza atmaq lazımdır. Tarixdə qalmaq üçün, tarixi yazmaq lazımdır. Biz komandamızla, əzmkarlığımızla bu tarixi yaza bildik. Bəs bu tarix nece yazıldı?!

Təklif dostumuz Qələndər Məmmədlidən gəldi. Biz də bu ərəfədə Türkiyənin İstanbul şəhərinə yollanırdıq. Hamınıza məlumdur ki, orada yeni nümayəndəliyimiz artıq fəaliyyətə başlayıb.

22852892_10212084212833030_5813308966958228635_n

İstanbulda uzun müzakirələrdən sonra tədbirin keçirilmə tarixini müəyyən etdik. Qalanı isə hər kəsə məlumdur. Sponsorlar, spikerlər, tədbirin keçirilmə məkanı bunları siz bilirsiniz əziz oxucu.

Bəs, Marketinq sammiti əslində nəyə xidmət edirdi? Birbaşa Azərbaycan marketinqinin inkişafına, Azərbaycan sahibkarını sözün əsl mənasında, “Product of Azerbaijan” dünyasından çıxardıb, “Made in Azerbaijan”a köklənməyi, devalvasiya gələn kimi ilk bağlanan şöbənin marketinq şöbəsi olmamağına, marketinq büdcəsinin formalaşdırmağa, dünya markaları necə oldu ki, həyatımızın ayrılmaz hissələrinə çevrildi və biz onlarsız yaşaya bilməz vəziyyətə gəldik, bunları anlatmağa çalışdıq.

Bacardıqmı?

Bacardıq. Sonda aldığımız bütün təəssüratlar xoş idi. Əslində isə özümüzün özümüzə olan təəssüratları xoş oldu.

IMG_8294

Tədbirə bildiyiniz kimi, Türkiyənin istehsal edən və yaradıcı marka beyinləri, Bülənt Fidan, Sərhan Ok, Uğur Batı kimi isimləri qatıldı. İllərdir “Türk Telekom” kimi bir markanın,eyni zamanda yüzlərcə dəyərli markaların biznes konsultantı olan Bülənt Fidan, Türkiyə birja idarəetməsinin ən tanınmış siması olan, eyni zamanda neyromarketinq-in Türkiyədə əsas ideoloqlarından biri Uğur Batı,kitablarını sevə-sevə oxuduğumuz,ən əsas da “İLk Marka Hz.Ademmi” kitabının yazarı, marketinq konsultant, marketinq mühəndisi Sərhan Ok spiker qismində qatıldı. Bundan əlavə “Brandsuite” şirkətinin rəhbəri İlkay Aytuğ bəy də bizimlə idi. Əslində İlkay bəylə 3 saata yaxın görüşümün nəticəsinə əsasən, bundan sonra biznesdə atacağım addımlarda mənə xüsusi dəstək verəcək, desəm yanılmaram.IMG_0652

Ölkə tarixində indiyə kimi bir çox tədbirlər keçirildi və yadda qalır. Ancaq marketinq adına ənənəvi marketinq meetuplar və ilk marketinq sammiti məhz bizim adımızla xatırlanacaqdır. Biz hər zaman çalışırıq ki, ən yaxşısını edək. Və sizlərə söz veririk ki, Allah imkan versə gələn il, daha möhtəşəm bir sammitlə sizinlə görüşə gələcik. Sammitlə bağlı ürəyimdə sözlərim çoxdur .Sadəcə biz doğurdan da bir Azərbaycan brendi görmək istəyirik. Bunun üçün professional komanda hər zaman dəstək anlarını gözləyirik.

10 ildən çox bir müddətdir ki bu sahədəyəm. Təxminən 35 -dən çox şirkətə konsultantlıq etdim, çox ciddi şirkətlərdə marketinq və satış direktoru vəzifəsində çalışdım, xüsusi ilə mebel, fast-food, restoran, catering, təhsil sektorlarında bir sıra uğurlara imza atdım, iş həyatımda 3 şirkət vardır 5 ildən çoxdur ki, biznes üzrə konsultasiyam davam edir, sayını unutduğum biznes təlimlər, universitetlərdə çıxışlar, kitablar, məqalələr və.s bu qəbildən aktiv fəaliyyətlərim oldu. Ancaq sammitdə qeyd edim ki, çox həyəcanlı və maraqlı idim. Bir anlıq elə düşündüm ki, bu sammit bizim on illik fəaliyyətimizə bir baxış idi.

Seymur Quliyev, Tural Abbaslı, Qələndər Məmmədli və bütün dostlarımız, kreativ dəstək baxımından isə Azər Nəcəfov və Namiq Bayramov  bu sammitin ərsəyə gəlməsində əllərindən hətta gəlməyəni belə etdilər.

Sonda isə,bütün sponsorlara, dostlara, dəstək duranlara ,gecə-gündüz bizimlə çiyin-çiyinə addımlayan hər kəsə öz təşəkkürümü bildirirəm. Hesab edirəm ki,bir sonrakı samittdə sizinlə eyni həyəcanı yaşamaq var. Var olun !!!26063249_166746123936345_1164249956910692815_o

Araşdırma niyə vacibdir? – “Betty Croker”in timsalında…

İllərdir ki, marka idarə etməsi, outours, konsaltinq, təlim xidmətləri göstərən bir mütəxəssis kimi deyə bilərəm ki, istənilən biznesdə işə başlamadan öncə, araşdırma edilməlidir. Araşdırma müxtəlif tiplərdə, səviyyələrdə edilə bilər. Biznesin uğur açarı məhz araşdırmadan çıxan informasiyanın, sübutların fonunda öz əksini tapır. Qeyd edirəm ki, əgər araşdırma düzgün və dəqiq aparılıbsa, o zaman buna güvənmək olar. Bunun üçün də məhz bu prosesi mütəxəssislərə həvalə etmək lazımdır.

Marketing-Research

1950-ci ildə Betty Croker adlı bir keks markası bazara daxil olur. Dadlı, zövqlü məhsul olmasına baxmayaraq bu məhsul satılmırdı.İstehsalçılar xeyli məyus olmuşdular.Axı niyə ? İstəhsal normal, keyfiyyət mükəmməl. Bəs məhsul niyə satılmır? Bu yerdə yenə də, “günüqara” marketoloqlar işə düşür.

Aparılmış araşdırmalar ona göstərir ki, 50-ci illərdə xanımlar hazır şirniyyat məhsullarına üstünlük vermirlərmiş. Onlar tam hazır məhsul alarkən, özlərini çox pis hiss edirlərmiş. Özlərini bir ev xanımı kimi hiss etmək istəyən, 50-ci illərin xanımları hazır məhsulu buna görə almaq istəməyiblər.İstehsalçılar markalarının qürub çağı yetişmədən hərəkətə keçirlər. Beləliklə, mükəmməl bir ideya bu markanı, quyunun dibindən çıxara bilir. Onlar bəzi məhsullarında “Ev xanımları, üzərinə bir yumurta qatın” deyə bir cümlə əlavə edirlər. Yəni bu kekslər tam hazır formada satılmır, sadəcə, bir yumurta əlavə edilmədən müştərilərə təqdim edilir. Xanımlar isə bu yumurtanı sevərək əlavə edir. Bununla da, ev xanımları özlərini rahat hiss edirlər və bu məhsulda öz əməkləri olduğunu düşünüb, ciddi bir satış rekordu ilə Betty Croker kekslərini almağa başlayırlar.

Hər kəsə,uğurlu iş həftəsi arzusu ilə…..

Betty_Crocker_official_logo.svg

Danışır, MEET UP !!!

Ölkə tarixində ilk Meetup-la yadda qalan Azmarketinq Konsaltinq Araşdırma Şirkəti, bugün növbəti  “Made in Azerbaijan” başlığı altında görüşə imza atdı. Beləliklə, ictimaiyyətə söz vermişdik ki, hər rüb sizinlə görüşə gəlirik və gəldik. İştirakçıların tutduğu mövqe, vəzifə, ölkədə tanınma dərəcəsi kifayət qədər Meetup-a rəng qatdı. Meetup-da ölkəmizdə kifayət qədər tanınmış nüfuzlu və strateji mövqe daşıyan qurumlarının marketinq rəhbərləri spiker idi. Bu bir daha dövlətin və dövlətçiliyin AzMarketinq komandasına verdiyi dəyər və etibarın bariz nümunəsi idi.Azərbaycanın ən dəyərli şirkətlərinin rəhbər vəzifələrdə yer alan nümayəndələri bu tədbirdə yer alırdı. Onlar da artıq inanırlar ki, “Made in Azerbaijan” amalının təbliği Azmarketinq fonunda daha cazibəli, daha tutarlı təbliğ oluna bilər.

Biz Azərbaycan marketinqi üçün nə etdik? Ən azından “Meetup” və ya hər hansı marketinq yığıncaqlarını çayxanalarda təşkil edən, özlərini “marketoloq ” adlandıran, bu işə ləkə gətirənlərin əlində zara gəlmiş əsl Meetup görmək istəyənləri doğru məkana dəvət etdik. Azərbaycan marketinqi haqqında ən azı qardaş ölkədə ciddi bir xəbər carçısı olduq. Azərbaycan sahibkarının Türkiyə bazarına daha rahat çıxması üçün bir çıraq yandırdıq.10 il ərzində dünyaya minimum iki brend çıxardıq. Azərbaycan sahibkarının etibarını qazanıb, 80-ci kontrakta imza atdıq.”Brandmap” kimi dünya şöhrətli bir jurnalı Azərbaycan oxucusu ilə qovuşdurduq. Ölkəmizin, xüsusi ilə cənab prezidentin siyasi və iqtisadi kursuna dəstək olaraq dəvət aldığımız bütün sosial tədbirlərdə iştirak etdik. 10 il ərzində yüzlərlə tələbəni təmannasız olaraq bu sahə üzrə hazırladıq və işlə təmin olunmasında ciddi səy göstərdik.Xaricdə təhsil almasında mənəvi dəstək verdik. Biz Azərbaycan marketinqinin inkişafı üçün gecə-gündüz demədən çalışdıq. Biz heç bir zaman cibimizi düşünmədik.Biz bu dövlətdə yaşadığımız üçün,bu torpaqda gəzdiyimiz üçün, özümüz hər zaman borclu bildik.

2015-ci ildə heç təsadüfi deyil idi ki,dünya marketoloqları Varşavada bir araya gələndə,yalnız Azmarketinq-in rəhbəri ölkəmizdən bu tədbirə dəvət aldı.AzMarketinq İngiltərinin məşhur İRMA akademiyasının tövsiyyə məktubunu aldı.İrili-xırdalı  25 sahibkar durmadan bizi tövsiyyə etdi.Amerikanın məşhur Stanford universiteti ilə sıx əlaqələr yaradıldı. İstanbulda bu ilin yayında artıq bir nümayəndəliyimiz fəaliyyətə başladı.AzMarketinq əməkdaşlarının 90%-i dünyanın ən güclü universitetlərində təhsil almış, həmin ölkələrdə çalışmış,illərlə təcrübəsi olan və ən əsası vicdanı, sədaqəti ilə hər kəsdən fərqlənən insanlardan ibarətdir. Ölkədə yeganə şirkətdir ki, əməkdaşlarının əksəri ölkəmizin ən öndə gedən universitetlərində marketinqi tədris edir. Eyni zamanda Avropa universitetlərində məruzə söyləyir. Bu günə kimi ölkədə minimum 10 kitabın müəllifi olan bu komanda, eyni zamanda Almaniyada kitab nəşrləri ilə ölkə marketinqini bütün dünyada tanıtdı. İndiyədək 30-dan çox beynəlxalq konfransda yer alan əməkdaşlarımız daima ölkəmizi dünyanın hər yerində layiqli təmsil etdilər.

Söhbət  “Made in Azerbaijan”-dan gedirsə, bu haqda ən çox danışmağa haqqı olan bizik. Çünki biz vətənimizi sevirik. Biz öz işimizi görürük. İş görmək üçün hər bir çətinliyi gözə almışıq.

Mən bugün bu Meetup əməyi keçən hər bir kəsə, xüsusi ilə bütün komandamıza təşəkkür edirəm. Bizi sayıb tədbirimizi təravətləndirən, Azərbaycan marketinqinə dəstək verən hər kəsə təşəkkür edirəm.

Kantın bir gözəl ifadəsi yadıma düşür: “Allahın varlığını fiziki tərəfdən sübut etmək bəlkə də, mümkün deyil. Ancaq biz Allahın varlığını qəbul etməliyik. İstəsək də, istəməsək də Allah var. Biz bunu bilib bütün qanunlara riayət etməliyik. Bəlkə də belə olmasa, əxlaqın özülü dağılar.”

Əxlaqlı olmaq hər kəsə nəsib olmur.Əxlaq savaddan irəli gələn bir nemətdir. Ən gözəl nemətlərə sahib olmaq isə, Allahın hədiyyəsidir. Hər kəsə bu hədiyyədən heç olmasa 10% götürməyi arzu edirəm.22137041_943211289164906_7710323882942112732_o

Made in Azerbaijan – Qarabag FK

Son günlər demək olar ki,ən çox danışılan məhz Qarabağdır.Biz Qarabağdan 28 ilə yaxındır danışırıq.Ancaq bu dəfə Qarabağı başqa tərəfdən tanıdıq və tanıtdırdıq. Niyə məhz Qarabağ futbol klubundan yazıram? Çünki bu ölkənin futbol tarixində,ən böyük uğura məhz Qarabağ imza atdı.Biz isə bu tarixi yaşayan bəxtəvərlər olduq.Əslində yaşlı nəsil Neftçinin 60-cı illərini hər zaman əlində bayraq tuturdu.Artıq hər kəs bir mənalı Qarabağ deyir.Bəli klublar arasında dünyanın ən mötəbər turniri sayılan Çempionlar liqasında məhz bir Azərbaycan futbol brendinin adı olacaq ki,o da Qarabağdır.833967_487770

Bəs Qarabağ bu uğura neçə çatdı ? Bir mənalı hamımız Qurban Qurbanov deyə bilərik.Mən isə tam əksinə olaraq,lap düzünə də qalsa sizinlə razıyam.Ancaq başda Gözəl bəyləri qeyd edəcəm.Məhz həm Tahir Gözəl və ən əsas Abdulbari Gözəl bəyin Qurbanova inamı,sevgisi və komandaya dəstəyi bu uğuru gətirdi.Halbuki,Qurbanov gəldiyi ilk iki ildə sistem qururdu və elə bir nəticə yox idi.Ancaq savadlı sahibkar,ağıllı sahibkar düzgün yolu görürdü.Düzgün yolu görmək yalnız və yalnız savadın və təcrübənin nəticəsidir.Heç şübhəsiz ki,böyük biznes mənsubu olan Gözəl bəy bu qəbildən olan,meqa sahibkardır.O dəyərləndirə bilir və bu onda sözün əsl mənasında “Gözəl” alınır.Beləliklə,bu uğurun təməlində bir komanda işi durur.Məhz zəhmət,inam,təcrübə sözünü deyə bildi.

Biz dünyaya “Made in Azerbaijan” adı altında hələki Qarabağ futbol klubundan böyük bir brend çıxara bilmədik. Etiraf edək ki, “Land of fire” üçün xərclənən pulların effekti belə, bu qədər deyildi.Bəli dünyaya brend çıxarmağın yolu,komanda ruhundan,düzgün strategiyadan və ən əsas həmin quruma rəhbərlik edən şəxsdən keçir.Bir söz var ki,”sən necesənsə,elə komanda da o gündədir”.

Mənə bundan sonrası çox maraqlı olacaqdır.Bizim şirkətlər Qarabağ-ın bu uğurundan necə istifadə edecəklər.Hansı marketinq taktikaları gözlənilir.Eyni zamanda Qarabağ-ın timsalında,Gözəl bəylərin timsalında,sahibkarlarımız dünyaya necə brend çıxarmaq üçün hansı addımları atacaqlar.Növbəti brendlər hansılar olacaqdır,hansı sahədən olacaqdır ? Bizim sahibkarımız Qarabağ-ın uğurundan ancaq futbol uğuru kimi nəticə çıxaracaqmı ? Yoxsa öz komandasını düzgün seçib,düzgün strategiya qurub,dedi-qodudan uzaqlaşıb,savadlanıb,öz eqolarını kənara buraxıb bu uğurdan niyə məndə olmasın deyəcəkmi ?

Bu uğurla bir məsələ də demək olar ki,öz həllini tapdı.Yerli mütəxəssislərə güvən,onlara inam sonda nəticəsini verdi.Bir şeyi unutmayın ki,nə özəl futbol klublarına,nə də milli komandaya gətirilən əcnəbi “koç”lar heç bir nəticə vermədi.Biz isə hər zaman əcnəbilərə həsadlə baxıb,yanımızda olan fenomenləri görə bilmədik.Bəli,futbol tariximizdə hələ ki,iki klub “Neftçi” və “Qarabağ” ilklərə imza atdı.Hər ikisinin baş məşqçisi azərbaycanlı oldu.

Beləliklə,Abdulbari Gözəl bəy və onun komandası,həm futbol dünyamıza,həm iş dünyamıza ciddi bir mesaj verdi.İşini bilməyən sahibkarlar hər zaman dedi-qodu kölgəsində gizlənib məhvə sürüklənəcəkdir.Heç olmasa nümunə götürün ki,taleyiniz qaralara bağlanmasın.

Qarabağ FK Azərbaycan Çempionu oldu

Sonda öz növbəmdə,mən də Qarabağ futbol klubunu,komandanın rəhbərliyini təbrik edirəm.Çox sevindirici haldır ki,artıq dünya nəhənglərini Bakıda canlı görə biləcik və əsl “Made in Azerbaijan” brendini sevib,onunla qürur duya bilərik.Qruplarda nəticədən asılı olmayaraq siz,bizim qəlbimizdə artıq  QƏHRƏMANSINIZ.

Biz bilirik ?!

Şirkət sahibləri ilə görüşlərimiz zamanı, tez-tez “Mən” kəlməsinə rast gəlirik. Təsəvvür edin ki,şirkət böyrü üstə qalıb, batır gedir,bunların “Mən”eqosu bitmir ki, bitmir. Çox nadir hallarda, “Biz” bunu etdik deyə səslər gəlir.

Hər zaman bir düşüncəm olub.Bir şirkətin başındakı adam kimdirsə,necədirsə,onun şirkəti də o vəziyyətdədir.

Outsours və ya konsaltinq işlərimiz başlamadan öncə, mütləq surətdə araşdırma tələb olunur. Bir həkimin xəstəyə diaqnoz təyin etməsi üçün mütləq sürətdə bəzi test nümunələrinə ehtiyac vardır. Yəni tələb olunan təhlillərdən keçməlidir. Bizim işimizdə də araşdırma bu yöndən vacibdir. Daha sonra yazılan strateji plan isə reseptdir. Diaqnoz səhv qoyularsa,yalnış resept xəstəni məhv edəcək. Eyni ilə həkim-xəstə münasibətlərini düşünün.Ancaq iş buradan başlayanda,sahibkarların 70%-ın bir sözü var ki, “Mən bazarı yaxşı bilirəm,nə sualın varsa denən deyim”. Birinci sual elə o ola bilər ki,bazarı yaxşı bilə-bilə niyə bu gündəsən? Bazar payı 30%-dən ,1%-dən aşağı düşən şirkət rəhbəri mənə “uğur”larından danışır.Rəqiblərinin qiymət siyasətini belə bilməyən sahibkar,mənə “bazar”dan danışır. Öz işçilərini yalançılığa, xəbərçiliyə, ikiüzlülüyə öyrədən və bundan həzz alan “patron” mənə idarəetmədən danışır.

Yahu, şirkətiniz gözünüzün önündə əlinizdən gedir.Biz bitdi demədən bitməzmi deyirsiniz?  Siz nəyi bilirsiniz ? Sizin bildiyiniz bir şey olub ki, əvvəllər üstünüzdəkilərə güvənibsiniz, sonra sular durulduğunda o üstünüzdəki adam sizə deyir ki, gedin rəqabət aparın, artıq o dövr deyil. Bax burda sizin “patron”luğunuz ortaya çıxır. Ortaya çıxır ki,siz heç “patron” tumları qədər də deyilsiniz. Ancaq onda anlayırsınız ki,marketinqi və düzgün idarəetməni qurmaq lazım imiş. Bu lazım da gələndə, ona öz eqonuzu və “ağlınızı”göstərirsiniz.İnan çox gülünc vəziyyətə düşürsünüz.

Yaxşı bəz siz nəyi bilirsiniz? Siz öz işçilərinizə qul kimi baxmağı yaxşı bilirsiniz,siz yeri gəldi-gəlmədi özünüzlə elə eyni ağılda olan işçilərinizin səbəbsiz yerə maaşlarını kəsməyi bilirsiniz,bazarda 15-20 il onun-bunun maşası olub, ofisdə özünüzü “patron” hesab edib stolunuza gələn adi bir məktubun hansı hissəsinə münasibət bildirməyinizi başqalarından soruşmağı bilirsiniz, siz bundan artıq deyilsiniz, biz də bunu bilirik.15% içinizdə yeni düşüncəli,sabahı görə bilən sahibkarlar mənə bəs edər. Bizə bəs edər. Yetər ki,ç əkilin, tarixin arxivinə qovuşun.

 

Ego

Sahibkarların “ƏCNƏBİ” sevdası

Bizim insanımız hər zaman bu “importni” sözündən ötrü “sino”gedib.Bu xaricə nə qədər meylləşmə olar? Rus dilində danışmağı özümüzə şərəf bilirik, ərəb, ingilis, türk, amerikan görəndə bilmirik ki, nə edək, xarici maldır deyən kimi,bu yüz faiz yaxşıdır deyirik. Nə qədər xaric deyib, durmaq olar? Hətta öz istehsalımızı belə, xarici adla istehsal edirik ki, məhsul satılsın.

Keçənlərdə bir sahibkarla görüşdə idik, adam bizim yerli şokolad istehsalçılarımızı xeyli pislədi. Bizdə bu bəyin otağında çaya dəvət olunmuşduq. Baxıram ki, stolun üstündə nə varsa hamısı yerli istehsaldır. Sadəcə adları xarici adlardır. Biz bunu deyəndə, inanılmaz dərəcədə etirazını bildirdi ki, ola bilməz söylədi. Sonda məcbur olub, qablaşdırmanın altında olan, yerli istehsalçının adını göstərdik. Adamın qırılma nöqtəsi bu olsa gərək…

Foreign

Artıq iş həyatında günümüzün əsas mövzusuna çevrilən, xarici “mütəxəssis”axını, istəyi, arzusu artıq tükənmək üzərədir. Artıq xərclənən pullar, tutulan evlər, villalar, maşınlar, sürücülər fiaskoya uğrayır. Bizimkilər indi ayılırlar ki, a kişi bunlar öz ölkələrinin tör-töküntüsüdür. Özlərinin bunlar tərəfindən necə aldadıldığının şahidi olurlar. Amma durun, hələ bu son deyil.Sonlarına çıxsınlar, bu xaricilər bizimkilərin, sonra tam ayılsınlar.

“Əşşi yerli marketoloq yoxdur.” deyən sahibkarların, devalvasiyadan sonrakı halı mənə çox maraqlı idi. Bəs hara getdi, ayına 30-40-50 min verdiyiniz “ekspert”lər? Bizim yerli insanımızın, maaşlarını 4-5 ay ödəməyib, pulumuz yoxdur deyib, xaricilərin maaşlarını vaxtını bir gün ötürməyən,”ağıllı və vicdanlı” sahibkarım!!! Geri döndüyünüzdə axtardığınızı tapmaya bilərsiniz.

young-professionals-6001

Bütün dediklərim, məsələnin neqativ tərəfləri idi. Bugün tam əksinə, bizim iş adamları yerli mütəxəssisləri beynəlxalq təcrübə üçün xaricə göndərir və ya xaricdə təhsil alan, ciddi iş təcrübəli mütəxəssisləri öz komandasına məmuniyyətlə daxil edir. Bəli, bu ümumi sahibkar kütləsinin 30% təşkil etsə də, hər il bu faiz artmaqdadır. Artıq bizim iş adamları aldanmaq istəmirlər, böyük pulları nəticəsiz xərcləmək istəmirlər. Heç şübhəsiz ki, artıq ölkə universitetlərimiz də keyfiyyətli kadr ixrac etmək üçün professional proqramlar hazırlayır. Bizim iş adamları bunu anladı ki, heç kapriz göstərmədən iş saatından əlavə qalıb,canını işə qoyan,onun bir xoş sözünü özünə böyük motivasiya bilən,məhz yerli kadrlardır.Maaşı gecikən zaman, halal əməyini qarşılığını istəməyə üzü gəlməyən,məhz yerli kadrdır.Ona nəticə verən də,məhz yerli kadrdır.Etdiyi satışı vəzifə borcu bilib,faiz istəməyən,aylıq 200 minlik satış edib,800 manat alan da yerli kadrdır. Özünə aid işi də görən,aid olmayan işi də görən məhz yerli kadrdır.

Çox uzağa getmirəm,marketoloqlardan da misal göstərmirəm.Adi futbolu götürək.Bizim futbol adına hansı uğurlarımız var? Tofiq Bəhramov, Qurban Qurbanov, Böyükağa Hacıyev. Tofiq Bəhramov bizi dünyaya tanıtdı. Qurbanovun uğurları göz qabağındadır.Böyükağa bəy isə Neftçi futbol klubu ilə,Avroliqada böyük işlər gördü.Harda qaldı bu xarici mütəxəssislər,hansı ki,”başımıza” tac etdik onları. Məgər bizi dünya futbol tarixində, biabır edənlər Berti Foqtslar, Alberto Torreslər deyildimi?

Bir şeyi qeyd edim ki, mənim indiyə kimi heç bir sahibkarla problemim olmayıb. Mənə qarşı heç bir sahibkar nə eqo, nə də hörmətsizlik göstərib. Qeyd etdiklərim,ümumi mənzərəmizdir.

Rəhmətlik Sabiri xatırladım :

Əcnəbi seyrə balonlarla çıxır,
Biz hələ avtomobil minməyiriz;
Quş kimi göydə uçar yerdəkilər,
Bizi gömmüş yerə minbərdəkilər!

Yox Sabir əfəndi, biz avtomobilə də minirik, biz xaricə də gedirik, biz artıq heç kəsdən dala qalmırıq. Biz indi sən gördüyün fəqir, məzlum insanlar deyilik. Allah sənə rəhmət eləsin!!!