#MS2017

#MS2017

Bu həyatda nələrəsə imza atmaq lazımdır. Tarixdə qalmaq üçün, tarixi yazmaq lazımdır. Biz komandamızla, əzmkarlığımızla bu tarixi yaza bildik. Bəs bu tarix nece yazıldı?!

Təklif dostumuz Qələndər Məmmədlidən gəldi. Biz də bu ərəfədə Türkiyənin İstanbul şəhərinə yollanırdıq. Hamınıza məlumdur ki, orada yeni nümayəndəliyimiz artıq fəaliyyətə başlayıb.

22852892_10212084212833030_5813308966958228635_n

İstanbulda uzun müzakirələrdən sonra tədbirin keçirilmə tarixini müəyyən etdik. Qalanı isə hər kəsə məlumdur. Sponsorlar, spikerlər, tədbirin keçirilmə məkanı bunları siz bilirsiniz əziz oxucu.

Bəs, Marketinq sammiti əslində nəyə xidmət edirdi? Birbaşa Azərbaycan marketinqinin inkişafına, Azərbaycan sahibkarını sözün əsl mənasında, “Product of Azerbaijan” dünyasından çıxardıb, “Made in Azerbaijan”a köklənməyi, devalvasiya gələn kimi ilk bağlanan şöbənin marketinq şöbəsi olmamağına, marketinq büdcəsinin formalaşdırmağa, dünya markaları necə oldu ki, həyatımızın ayrılmaz hissələrinə çevrildi və biz onlarsız yaşaya bilməz vəziyyətə gəldik, bunları anlatmağa çalışdıq.

Bacardıqmı?

Bacardıq. Sonda aldığımız bütün təəssüratlar xoş idi. Əslində isə özümüzün özümüzə olan təəssüratları xoş oldu.

IMG_8294

Tədbirə bildiyiniz kimi, Türkiyənin istehsal edən və yaradıcı marka beyinləri, Bülənt Fidan, Sərhan Ok, Uğur Batı kimi isimləri qatıldı. İllərdir “Türk Telekom” kimi bir markanın,eyni zamanda yüzlərcə dəyərli markaların biznes konsultantı olan Bülənt Fidan, Türkiyə birja idarəetməsinin ən tanınmış siması olan, eyni zamanda neyromarketinq-in Türkiyədə əsas ideoloqlarından biri Uğur Batı,kitablarını sevə-sevə oxuduğumuz,ən əsas da “İLk Marka Hz.Ademmi” kitabının yazarı, marketinq konsultant, marketinq mühəndisi Sərhan Ok spiker qismində qatıldı. Bundan əlavə “Brandsuite” şirkətinin rəhbəri İlkay Aytuğ bəy də bizimlə idi. Əslində İlkay bəylə 3 saata yaxın görüşümün nəticəsinə əsasən, bundan sonra biznesdə atacağım addımlarda mənə xüsusi dəstək verəcək, desəm yanılmaram.IMG_0652

Ölkə tarixində indiyə kimi bir çox tədbirlər keçirildi və yadda qalır. Ancaq marketinq adına ənənəvi marketinq meetuplar və ilk marketinq sammiti məhz bizim adımızla xatırlanacaqdır. Biz hər zaman çalışırıq ki, ən yaxşısını edək. Və sizlərə söz veririk ki, Allah imkan versə gələn il, daha möhtəşəm bir sammitlə sizinlə görüşə gələcik. Sammitlə bağlı ürəyimdə sözlərim çoxdur .Sadəcə biz doğurdan da bir Azərbaycan brendi görmək istəyirik. Bunun üçün professional komanda hər zaman dəstək anlarını gözləyirik.

10 ildən çox bir müddətdir ki bu sahədəyəm. Təxminən 35 -dən çox şirkətə konsultantlıq etdim, çox ciddi şirkətlərdə marketinq və satış direktoru vəzifəsində çalışdım, xüsusi ilə mebel, fast-food, restoran, catering, təhsil sektorlarında bir sıra uğurlara imza atdım, iş həyatımda 3 şirkət vardır 5 ildən çoxdur ki, biznes üzrə konsultasiyam davam edir, sayını unutduğum biznes təlimlər, universitetlərdə çıxışlar, kitablar, məqalələr və.s bu qəbildən aktiv fəaliyyətlərim oldu. Ancaq sammitdə qeyd edim ki, çox həyəcanlı və maraqlı idim. Bir anlıq elə düşündüm ki, bu sammit bizim on illik fəaliyyətimizə bir baxış idi.

Seymur Quliyev, Tural Abbaslı, Qələndər Məmmədli və bütün dostlarımız, kreativ dəstək baxımından isə Azər Nəcəfov və Namiq Bayramov  bu sammitin ərsəyə gəlməsində əllərindən hətta gəlməyəni belə etdilər.

Sonda isə,bütün sponsorlara, dostlara, dəstək duranlara ,gecə-gündüz bizimlə çiyin-çiyinə addımlayan hər kəsə öz təşəkkürümü bildirirəm. Hesab edirəm ki,bir sonrakı samittdə sizinlə eyni həyəcanı yaşamaq var. Var olun !!!26063249_166746123936345_1164249956910692815_o

Araşdırma niyə vacibdir? – “Betty Croker”in timsalında…

İllərdir ki, marka idarə etməsi, outours, konsaltinq, təlim xidmətləri göstərən bir mütəxəssis kimi deyə bilərəm ki, istənilən biznesdə işə başlamadan öncə, araşdırma edilməlidir. Araşdırma müxtəlif tiplərdə, səviyyələrdə edilə bilər. Biznesin uğur açarı məhz araşdırmadan çıxan informasiyanın, sübutların fonunda öz əksini tapır. Qeyd edirəm ki, əgər araşdırma düzgün və dəqiq aparılıbsa, o zaman buna güvənmək olar. Bunun üçün də məhz bu prosesi mütəxəssislərə həvalə etmək lazımdır.

Marketing-Research

1950-ci ildə Betty Croker adlı bir keks markası bazara daxil olur. Dadlı, zövqlü məhsul olmasına baxmayaraq bu məhsul satılmırdı.İstehsalçılar xeyli məyus olmuşdular.Axı niyə ? İstəhsal normal, keyfiyyət mükəmməl. Bəs məhsul niyə satılmır? Bu yerdə yenə də, “günüqara” marketoloqlar işə düşür.

Aparılmış araşdırmalar ona göstərir ki, 50-ci illərdə xanımlar hazır şirniyyat məhsullarına üstünlük vermirlərmiş. Onlar tam hazır məhsul alarkən, özlərini çox pis hiss edirlərmiş. Özlərini bir ev xanımı kimi hiss etmək istəyən, 50-ci illərin xanımları hazır məhsulu buna görə almaq istəməyiblər.İstehsalçılar markalarının qürub çağı yetişmədən hərəkətə keçirlər. Beləliklə, mükəmməl bir ideya bu markanı, quyunun dibindən çıxara bilir. Onlar bəzi məhsullarında “Ev xanımları, üzərinə bir yumurta qatın” deyə bir cümlə əlavə edirlər. Yəni bu kekslər tam hazır formada satılmır, sadəcə, bir yumurta əlavə edilmədən müştərilərə təqdim edilir. Xanımlar isə bu yumurtanı sevərək əlavə edir. Bununla da, ev xanımları özlərini rahat hiss edirlər və bu məhsulda öz əməkləri olduğunu düşünüb, ciddi bir satış rekordu ilə Betty Croker kekslərini almağa başlayırlar.

Hər kəsə,uğurlu iş həftəsi arzusu ilə…..

Betty_Crocker_official_logo.svg

Biz bilirik ?!

Şirkət sahibləri ilə görüşlərimiz zamanı, tez-tez “Mən” kəlməsinə rast gəlirik. Təsəvvür edin ki,şirkət böyrü üstə qalıb, batır gedir,bunların “Mən”eqosu bitmir ki, bitmir. Çox nadir hallarda, “Biz” bunu etdik deyə səslər gəlir.

Hər zaman bir düşüncəm olub.Bir şirkətin başındakı adam kimdirsə,necədirsə,onun şirkəti də o vəziyyətdədir.

Outsours və ya konsaltinq işlərimiz başlamadan öncə, mütləq surətdə araşdırma tələb olunur. Bir həkimin xəstəyə diaqnoz təyin etməsi üçün mütləq sürətdə bəzi test nümunələrinə ehtiyac vardır. Yəni tələb olunan təhlillərdən keçməlidir. Bizim işimizdə də araşdırma bu yöndən vacibdir. Daha sonra yazılan strateji plan isə reseptdir. Diaqnoz səhv qoyularsa,yalnış resept xəstəni məhv edəcək. Eyni ilə həkim-xəstə münasibətlərini düşünün.Ancaq iş buradan başlayanda,sahibkarların 70%-ın bir sözü var ki, “Mən bazarı yaxşı bilirəm,nə sualın varsa denən deyim”. Birinci sual elə o ola bilər ki,bazarı yaxşı bilə-bilə niyə bu gündəsən? Bazar payı 30%-dən ,1%-dən aşağı düşən şirkət rəhbəri mənə “uğur”larından danışır.Rəqiblərinin qiymət siyasətini belə bilməyən sahibkar,mənə “bazar”dan danışır. Öz işçilərini yalançılığa, xəbərçiliyə, ikiüzlülüyə öyrədən və bundan həzz alan “patron” mənə idarəetmədən danışır.

Yahu, şirkətiniz gözünüzün önündə əlinizdən gedir.Biz bitdi demədən bitməzmi deyirsiniz?  Siz nəyi bilirsiniz ? Sizin bildiyiniz bir şey olub ki, əvvəllər üstünüzdəkilərə güvənibsiniz, sonra sular durulduğunda o üstünüzdəki adam sizə deyir ki, gedin rəqabət aparın, artıq o dövr deyil. Bax burda sizin “patron”luğunuz ortaya çıxır. Ortaya çıxır ki,siz heç “patron” tumları qədər də deyilsiniz. Ancaq onda anlayırsınız ki,marketinqi və düzgün idarəetməni qurmaq lazım imiş. Bu lazım da gələndə, ona öz eqonuzu və “ağlınızı”göstərirsiniz.İnan çox gülünc vəziyyətə düşürsünüz.

Yaxşı bəz siz nəyi bilirsiniz? Siz öz işçilərinizə qul kimi baxmağı yaxşı bilirsiniz,siz yeri gəldi-gəlmədi özünüzlə elə eyni ağılda olan işçilərinizin səbəbsiz yerə maaşlarını kəsməyi bilirsiniz,bazarda 15-20 il onun-bunun maşası olub, ofisdə özünüzü “patron” hesab edib stolunuza gələn adi bir məktubun hansı hissəsinə münasibət bildirməyinizi başqalarından soruşmağı bilirsiniz, siz bundan artıq deyilsiniz, biz də bunu bilirik.15% içinizdə yeni düşüncəli,sabahı görə bilən sahibkarlar mənə bəs edər. Bizə bəs edər. Yetər ki,ç əkilin, tarixin arxivinə qovuşun.

 

Ego

Sahibkarların “ƏCNƏBİ” sevdası

Bizim insanımız hər zaman bu “importni” sözündən ötrü “sino”gedib.Bu xaricə nə qədər meylləşmə olar? Rus dilində danışmağı özümüzə şərəf bilirik, ərəb, ingilis, türk, amerikan görəndə bilmirik ki, nə edək, xarici maldır deyən kimi,bu yüz faiz yaxşıdır deyirik. Nə qədər xaric deyib, durmaq olar? Hətta öz istehsalımızı belə, xarici adla istehsal edirik ki, məhsul satılsın.

Keçənlərdə bir sahibkarla görüşdə idik, adam bizim yerli şokolad istehsalçılarımızı xeyli pislədi. Bizdə bu bəyin otağında çaya dəvət olunmuşduq. Baxıram ki, stolun üstündə nə varsa hamısı yerli istehsaldır. Sadəcə adları xarici adlardır. Biz bunu deyəndə, inanılmaz dərəcədə etirazını bildirdi ki, ola bilməz söylədi. Sonda məcbur olub, qablaşdırmanın altında olan, yerli istehsalçının adını göstərdik. Adamın qırılma nöqtəsi bu olsa gərək…

Foreign

Artıq iş həyatında günümüzün əsas mövzusuna çevrilən, xarici “mütəxəssis”axını, istəyi, arzusu artıq tükənmək üzərədir. Artıq xərclənən pullar, tutulan evlər, villalar, maşınlar, sürücülər fiaskoya uğrayır. Bizimkilər indi ayılırlar ki, a kişi bunlar öz ölkələrinin tör-töküntüsüdür. Özlərinin bunlar tərəfindən necə aldadıldığının şahidi olurlar. Amma durun, hələ bu son deyil.Sonlarına çıxsınlar, bu xaricilər bizimkilərin, sonra tam ayılsınlar.

“Əşşi yerli marketoloq yoxdur.” deyən sahibkarların, devalvasiyadan sonrakı halı mənə çox maraqlı idi. Bəs hara getdi, ayına 30-40-50 min verdiyiniz “ekspert”lər? Bizim yerli insanımızın, maaşlarını 4-5 ay ödəməyib, pulumuz yoxdur deyib, xaricilərin maaşlarını vaxtını bir gün ötürməyən,”ağıllı və vicdanlı” sahibkarım!!! Geri döndüyünüzdə axtardığınızı tapmaya bilərsiniz.

young-professionals-6001

Bütün dediklərim, məsələnin neqativ tərəfləri idi. Bugün tam əksinə, bizim iş adamları yerli mütəxəssisləri beynəlxalq təcrübə üçün xaricə göndərir və ya xaricdə təhsil alan, ciddi iş təcrübəli mütəxəssisləri öz komandasına məmuniyyətlə daxil edir. Bəli, bu ümumi sahibkar kütləsinin 30% təşkil etsə də, hər il bu faiz artmaqdadır. Artıq bizim iş adamları aldanmaq istəmirlər, böyük pulları nəticəsiz xərcləmək istəmirlər. Heç şübhəsiz ki, artıq ölkə universitetlərimiz də keyfiyyətli kadr ixrac etmək üçün professional proqramlar hazırlayır. Bizim iş adamları bunu anladı ki, heç kapriz göstərmədən iş saatından əlavə qalıb,canını işə qoyan,onun bir xoş sözünü özünə böyük motivasiya bilən,məhz yerli kadrlardır.Maaşı gecikən zaman, halal əməyini qarşılığını istəməyə üzü gəlməyən,məhz yerli kadrdır.Ona nəticə verən də,məhz yerli kadrdır.Etdiyi satışı vəzifə borcu bilib,faiz istəməyən,aylıq 200 minlik satış edib,800 manat alan da yerli kadrdır. Özünə aid işi də görən,aid olmayan işi də görən məhz yerli kadrdır.

Çox uzağa getmirəm,marketoloqlardan da misal göstərmirəm.Adi futbolu götürək.Bizim futbol adına hansı uğurlarımız var? Tofiq Bəhramov, Qurban Qurbanov, Böyükağa Hacıyev. Tofiq Bəhramov bizi dünyaya tanıtdı. Qurbanovun uğurları göz qabağındadır.Böyükağa bəy isə Neftçi futbol klubu ilə,Avroliqada böyük işlər gördü.Harda qaldı bu xarici mütəxəssislər,hansı ki,”başımıza” tac etdik onları. Məgər bizi dünya futbol tarixində, biabır edənlər Berti Foqtslar, Alberto Torreslər deyildimi?

Bir şeyi qeyd edim ki, mənim indiyə kimi heç bir sahibkarla problemim olmayıb. Mənə qarşı heç bir sahibkar nə eqo, nə də hörmətsizlik göstərib. Qeyd etdiklərim,ümumi mənzərəmizdir.

Rəhmətlik Sabiri xatırladım :

Əcnəbi seyrə balonlarla çıxır,
Biz hələ avtomobil minməyiriz;
Quş kimi göydə uçar yerdəkilər,
Bizi gömmüş yerə minbərdəkilər!

Yox Sabir əfəndi, biz avtomobilə də minirik, biz xaricə də gedirik, biz artıq heç kəsdən dala qalmırıq. Biz indi sən gördüyün fəqir, məzlum insanlar deyilik. Allah sənə rəhmət eləsin!!!