Araşdırma niyə vacibdir? – “Betty Croker”in timsalında…

İllərdir ki, marka idarə etməsi, outours, konsaltinq, təlim xidmətləri göstərən bir mütəxəssis kimi deyə bilərəm ki, istənilən biznesdə işə başlamadan öncə, araşdırma edilməlidir. Araşdırma müxtəlif tiplərdə, səviyyələrdə edilə bilər. Biznesin uğur açarı məhz araşdırmadan çıxan informasiyanın, sübutların fonunda öz əksini tapır. Qeyd edirəm ki, əgər araşdırma düzgün və dəqiq aparılıbsa, o zaman buna güvənmək olar. Bunun üçün də məhz bu prosesi mütəxəssislərə həvalə etmək lazımdır.

Marketing-Research

1950-ci ildə Betty Croker adlı bir keks markası bazara daxil olur. Dadlı, zövqlü məhsul olmasına baxmayaraq bu məhsul satılmırdı.İstehsalçılar xeyli məyus olmuşdular.Axı niyə ? İstəhsal normal, keyfiyyət mükəmməl. Bəs məhsul niyə satılmır? Bu yerdə yenə də, “günüqara” marketoloqlar işə düşür.

Aparılmış araşdırmalar ona göstərir ki, 50-ci illərdə xanımlar hazır şirniyyat məhsullarına üstünlük vermirlərmiş. Onlar tam hazır məhsul alarkən, özlərini çox pis hiss edirlərmiş. Özlərini bir ev xanımı kimi hiss etmək istəyən, 50-ci illərin xanımları hazır məhsulu buna görə almaq istəməyiblər.İstehsalçılar markalarının qürub çağı yetişmədən hərəkətə keçirlər. Beləliklə, mükəmməl bir ideya bu markanı, quyunun dibindən çıxara bilir. Onlar bəzi məhsullarında “Ev xanımları, üzərinə bir yumurta qatın” deyə bir cümlə əlavə edirlər. Yəni bu kekslər tam hazır formada satılmır, sadəcə, bir yumurta əlavə edilmədən müştərilərə təqdim edilir. Xanımlar isə bu yumurtanı sevərək əlavə edir. Bununla da, ev xanımları özlərini rahat hiss edirlər və bu məhsulda öz əməkləri olduğunu düşünüb, ciddi bir satış rekordu ilə Betty Croker kekslərini almağa başlayırlar.

Hər kəsə,uğurlu iş həftəsi arzusu ilə…..

Betty_Crocker_official_logo.svg

Danışır, MEET UP !!!

Ölkə tarixində ilk Meetup-la yadda qalan Azmarketinq Konsaltinq Araşdırma Şirkəti, bugün növbəti  “Made in Azerbaijan” başlığı altında görüşə imza atdı. Beləliklə, ictimaiyyətə söz vermişdik ki, hər rüb sizinlə görüşə gəlirik və gəldik. İştirakçıların tutduğu mövqe, vəzifə, ölkədə tanınma dərəcəsi kifayət qədər Meetup-a rəng qatdı. Meetup-da ölkəmizdə kifayət qədər tanınmış nüfuzlu və strateji mövqe daşıyan qurumlarının marketinq rəhbərləri spiker idi. Bu bir daha dövlətin və dövlətçiliyin AzMarketinq komandasına verdiyi dəyər və etibarın bariz nümunəsi idi.Azərbaycanın ən dəyərli şirkətlərinin rəhbər vəzifələrdə yer alan nümayəndələri bu tədbirdə yer alırdı. Onlar da artıq inanırlar ki, “Made in Azerbaijan” amalının təbliği Azmarketinq fonunda daha cazibəli, daha tutarlı təbliğ oluna bilər.

Biz Azərbaycan marketinqi üçün nə etdik? Ən azından “Meetup” və ya hər hansı marketinq yığıncaqlarını çayxanalarda təşkil edən, özlərini “marketoloq ” adlandıran, bu işə ləkə gətirənlərin əlində zara gəlmiş əsl Meetup görmək istəyənləri doğru məkana dəvət etdik. Azərbaycan marketinqi haqqında ən azı qardaş ölkədə ciddi bir xəbər carçısı olduq. Azərbaycan sahibkarının Türkiyə bazarına daha rahat çıxması üçün bir çıraq yandırdıq.10 il ərzində dünyaya minimum iki brend çıxardıq. Azərbaycan sahibkarının etibarını qazanıb, 80-ci kontrakta imza atdıq.”Brandmap” kimi dünya şöhrətli bir jurnalı Azərbaycan oxucusu ilə qovuşdurduq. Ölkəmizin, xüsusi ilə cənab prezidentin siyasi və iqtisadi kursuna dəstək olaraq dəvət aldığımız bütün sosial tədbirlərdə iştirak etdik. 10 il ərzində yüzlərlə tələbəni təmannasız olaraq bu sahə üzrə hazırladıq və işlə təmin olunmasında ciddi səy göstərdik.Xaricdə təhsil almasında mənəvi dəstək verdik. Biz Azərbaycan marketinqinin inkişafı üçün gecə-gündüz demədən çalışdıq. Biz heç bir zaman cibimizi düşünmədik.Biz bu dövlətdə yaşadığımız üçün,bu torpaqda gəzdiyimiz üçün, özümüz hər zaman borclu bildik.

2015-ci ildə heç təsadüfi deyil idi ki,dünya marketoloqları Varşavada bir araya gələndə,yalnız Azmarketinq-in rəhbəri ölkəmizdən bu tədbirə dəvət aldı.AzMarketinq İngiltərinin məşhur İRMA akademiyasının tövsiyyə məktubunu aldı.İrili-xırdalı  25 sahibkar durmadan bizi tövsiyyə etdi.Amerikanın məşhur Stanford universiteti ilə sıx əlaqələr yaradıldı. İstanbulda bu ilin yayında artıq bir nümayəndəliyimiz fəaliyyətə başladı.AzMarketinq əməkdaşlarının 90%-i dünyanın ən güclü universitetlərində təhsil almış, həmin ölkələrdə çalışmış,illərlə təcrübəsi olan və ən əsası vicdanı, sədaqəti ilə hər kəsdən fərqlənən insanlardan ibarətdir. Ölkədə yeganə şirkətdir ki, əməkdaşlarının əksəri ölkəmizin ən öndə gedən universitetlərində marketinqi tədris edir. Eyni zamanda Avropa universitetlərində məruzə söyləyir. Bu günə kimi ölkədə minimum 10 kitabın müəllifi olan bu komanda, eyni zamanda Almaniyada kitab nəşrləri ilə ölkə marketinqini bütün dünyada tanıtdı. İndiyədək 30-dan çox beynəlxalq konfransda yer alan əməkdaşlarımız daima ölkəmizi dünyanın hər yerində layiqli təmsil etdilər.

Söhbət  “Made in Azerbaijan”-dan gedirsə, bu haqda ən çox danışmağa haqqı olan bizik. Çünki biz vətənimizi sevirik. Biz öz işimizi görürük. İş görmək üçün hər bir çətinliyi gözə almışıq.

Mən bugün bu Meetup əməyi keçən hər bir kəsə, xüsusi ilə bütün komandamıza təşəkkür edirəm. Bizi sayıb tədbirimizi təravətləndirən, Azərbaycan marketinqinə dəstək verən hər kəsə təşəkkür edirəm.

Kantın bir gözəl ifadəsi yadıma düşür: “Allahın varlığını fiziki tərəfdən sübut etmək bəlkə də, mümkün deyil. Ancaq biz Allahın varlığını qəbul etməliyik. İstəsək də, istəməsək də Allah var. Biz bunu bilib bütün qanunlara riayət etməliyik. Bəlkə də belə olmasa, əxlaqın özülü dağılar.”

Əxlaqlı olmaq hər kəsə nəsib olmur.Əxlaq savaddan irəli gələn bir nemətdir. Ən gözəl nemətlərə sahib olmaq isə, Allahın hədiyyəsidir. Hər kəsə bu hədiyyədən heç olmasa 10% götürməyi arzu edirəm.22137041_943211289164906_7710323882942112732_o